Ca. İyn 26th, 2025

İki qardaş ölkənin hərbiçiləri təcrübələrini bölüşüblər

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimi çərçivəsində iki qardaş ölkənin bölmələrinin komandirləri arasında təcrübə mübadiləsi aparılır.

“Mediamax.az”-ın “Report”-a istinadən verdiyi məlumata görə, təlimdə komandir heyətinin yaranmış taktiki şəraitə uyğun qısa müddətdə qərar qəbul edib yuxarı qərargaha məruzə etməsi, tabelikdə olanlara çatdırması və döyüşün təşkili üzrə bacarıq və vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində kompüterlər üzərində keçirilən məşqlər davam edir.

Məşqlər zamanı komandirlərin ərazinin relyefindən faydalanaraq bölmələrin gizli hərəkətini təmin etməsi, məhdud şəraitdə atəşi və bölmələri idarə etməsi sualları işlənilir.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com