Ç. İyn 25th, 2025

İlham Əliyev Əli Əhmədova yeni vəzifə verdi

Prezident İlham Əliyev “Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 5 mart tarixli 785 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.


Sərəncama əsasən, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının yeni tərkibi aşağıdakı kimi olub:

Komissiyanın sədri: Əli Əhmədov – Azərbaycan Respublikası Baş Nazirinin müavini.

Komissiyanın üzvləri:
– Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri
– Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini
Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini
– Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini
– Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini
– Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini
– Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini
– Azərbaycan Respublikası Təhsil nazirinin müavini
– Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini
– Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
– Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini
– Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri
– “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti
– Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin birinci müavini
– Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti.


About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com