İlham Əliyev -“Bu qurğu bizim qüdrətimizi göstərir”

“Hazırda dərin özüllər zavodunda 5 minə yaxın insan çalışır” – söyləyən prezident İlham Əliyev verdiyi müsahibədə sözlərinə belə davam edib:
“Mən indi maraqlandım, məlumat verildi ki, burada işləyənlərin orta əməkhaqqı təqribən 1200-1500 manat ətrafındadır və çox böyük peşəkarlıq tələb edən bir müəssisədir. Ona görə bu qurğu bir daha bizim qüdrətimizi göstərir. Bu, sırf Azərbaycan istehsalıdır və Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmət edəcəkdir”.
Mənbə: Qafqazinfo