İlham Əliyev Lüksemburqun Böyük Hersoquna məktub yazıb

“Mediamax”ın xəbərinə görə, İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anriyə təbrik məktubu ünvanlayıb.
Azərbaycan Respublikasının Prezidentinin məktubunda deyilir :
“Əlahəzrət,
Böyük məmnunluq hissi ilə Sizi və dost Lüksemburq xalqını ölkənizin milli bayramı münasibətilə öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, ölkənizə daim firavanlıq arzulayıram”.