Ç. İyn 25th, 2025

İlk finalçı Arsenal oldu

İngiltərə Federasiya kubokunda yarımfinal mərhələsinin oyunlarına start verilib.

Mediamax.az-ın məlumatına görə, kubokun ilk qarşılaşmasında “Mançester Siti” və “Arsenal” klubları üz-üzə gəliblər.

90 dəqiqə ərzində daha üstün oyun sərgiləyən “Arsenal” komandası Abameyanqın “dubl”-u ilə rəqibini 2-0 hesabı ilə məğlub edərək finala yüksələn ilk komanda olub.

Qeyd edək ki, digər finalçının kimliyinə 19 iyul saat 21:00-da “Mançester Yunayted” və “Çelsi” komandaları arasında keçiriləcək görüşdən sonra aydınlıq gələcək.

Qalib komanda finalda “Arsenal”-ın rəqibi olacaq.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com