Ç. İyn 25th, 2025

İndoneziya və Azərbaycan əməkdaşlığı genişləndirmək istəyirlər

“İndoneziya ilə Azərbaycan arasında münasibətlər heç bir maneə olmadan yaxşı davam edir.”

Bu sözləri 19 avqust, 2020 tarixində İndoneziyanın Müvəqqəti İşlər vəkili xanım İngan Malem müstəqillik gününün 75-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən anım mərasimində söylədi.

Diplomat iki ölkənin qarşılıqlı faydalı iqtisadi, ticarət və sosial-mədəni əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu vurğuladı.

“Bu çətin günlərdə, xüsusilə iqtisadiyyat və təhlükəsizlik sahələrində, möhkəm ikitərəfli əməkdaşlıqla, ümid edirik ki, ölkələrimiz birlikdə olan problemləri həll edə bildilər. İndoneziya və Azərbaycanı qarşılıqlı böyümə və hərtərəfli inkişaf üçün bir-birlərinə ehtiyac duyan tərəfdaş kimi görmək istəyirik.Ümid edirəm ki, iki ölkə arasındakı əməkdaşlıq hər iki ölkəyə böyük fayda gətirəcəkdir.”-deyərək xanım bu sözləri öz nitqinə əlavə etdi.

Mənbə: News az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com