Ç. İyn 25th, 2025

İnfeksiyadan ölənlərin sayı 88 mini keçdi

Koronavirus (COVID-19) infeksiyasına Braziliyada 40 816 yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Ötən gün ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  921 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 2 483 191 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 721 560 nəfər müalicə olunaraq sağalıb, 88 539  nəfər vəfat edib.

Braziliya COVID-19-a yoluxanların və ölənlərin sayında görə dünyada ikinci yerdədir.

Mənbə: Report

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com