Ç. İyn 25th, 2025

İngiltərədə yeni mobil tətbiq

İngiltərədə koronavirus şübhəsi daşıyanların təmas etdiyi şəxslərin xəbərdarlıq alacağı telefon proqramının istifadəyə verilməsi planlaşdırılır. Bu tətbiq həmin istifadəçilərə lazımi bildirişlər göndərəcəkdir.Koronavirusa yoluxduğunu düşünən istifadəçi bu tətbiqdə öz simptomlarını bölüşdükdə həmin şəxsin ən yaxın təmasda olduğu istifadəçilərə sarı bir bildiriş göndəriləcəkdir. Tibbi test keçirilən zaman cavab pozitiv olarsa bildiriş qırmızı olacaqdır.Qırmızı bildiriş alan şəxslərə ciddi karantində olmaları tələb ediləcək. Bu tətbiq istifadəyə verilməsindən öncə etibarlı bir yerdə,ailələrlə test ediləcək. Mənbə:BBC News

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com