İngiltərə koronavirusa görə təzminat ödəyəcək

İngiltərə hökuməti koronavirusdan ölən səhiyyə işçilərinin ailələrinin hər birinə 60 min sterlin vəsait ödəyəcək.
Səhiyyə Naziri Matt Hankok COVİD-19-la mübarizədə cəbhənin ön xəttində mücadilə verən və işləri üzündən həyatını itirənlərin ailəsi üçün yeni həyat sığortası üzrə 60 min sterlin ödəniləcəyini bildirib.
Qeyd edək ki, İngiltərədə bu günə qədər koronavirusdan ümumi ölənlərin sayı 211 mini keçib.
Mənbə:Euronews