Ç. İyn 25th, 2025

İntihar edən məktəbli ilə bağlı SON XƏBƏR

Özünü məktəbin 3-cü mərtəbəsindən atan qız özəl xəstəxanaya köçürülüb.

TƏBİB-dən verilən məlumata görə, dünən 14 yaşlı Solmaz Hacıyevanın vəziyyəti stabil idi. Valideynləri onu özəl xəstəxanalardan birinə köçürüblər.

Qeyd edək ki, hadisə ötən gün paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsindəki 313 saylı orta məktəbdə baş verib.

Həmin məktəbin xadiməsinin qızı olan Solmazın intihara cəhd əməlinə görə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 125-ci maddəsilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi açılıb.

Mənbə: Lent Az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com