Ç. İyn 25th, 2025

İntihara cəhdin qarşısı alındı

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakıda bir nəfərin intihar cəhdinin qarşısı alınıb.

Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Mənbə: APA

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com