İntihara cəhdin qarşısı alındı
Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Mənbə: APA
