Ca. İyn 26th, 2025

İranda böyük hərbi təlimlər keçirilir

İranda “Böyük peyğəmbər 14” adlı hərbi təlimlər keçirilir.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru, dəniz və hava qoşunları bu gün səhərdən Hörmüzqan əyalətində, Hörmüz boğazında və ölkənin müxtəlif hissələrində müştərək təlimlər keçirir.

Təlimlərin son mərhələsində raket sistemləri, gəmilər, pilotsuz uçuş aparatları əməliyyatlar keçirəcək, radar sistemlərindən istifadə olunacaq.

Bugünkü təlimlərdə ilk dəfə İran təlim bölgəsini orbitə göndərdiyi “Nur” peyki vasitəsilə çəkilmiş şəkillərlə izləyəcək.

Mənbə: APA

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com