Ç. İyn 25th, 2025

İranda deputatlardan biri daha koronavirusa yoluxdu

İran parlamentinin deputatı Məhəmməd Mehdi Zahidi koronavirusa yoluxub.

Koronavirus aşkarlanan deputat Tehrandakı xəstəxanalardan birinə yerləşdirilib və vəziyyəti getdikcə yaxşılaşır.
Qeyd edək ki, may ayında İran parlamentinin koronavirusa yoluxan iki deputatı vəfat edib. İndiyədək 20-dən çox deputatda koronavirusa yoluxma aşkarlanıb. Bu ölkədə COVID-19-a yoluxanların sayı 204 952 nəfərdir. 9623 nəfər vəfat edib. 163 591 nəfər sağalıb.

Mənbə: xezerxeber.az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com