Ç. İyn 25th, 2025

İşğal edilmiş torpaqlarımızda yenidən yanğın törədilib

Ermənilər işğal altında olan Azərbaycan torpaqlarında yenidən yanğınlar törədib.

Qarabağ bürosundan verilən xəbərə görə, Ermənistan silahlı bölmələri Ağdamın işğal altında olan Qızılı Kəngərli kəndinin ərazisinə od vurub.

Yanğının miqyası getdikcə genişlənir. Dağ massivində baş verən yanğın cəbhəyanı bütün yaşayış məntəqələrindən müşahidə olunur.

Qeyd edək ki, işğalçı Ermənistan ordusu nəzarəti altında olan Azərbaycan ərazilərində mütəmadi yanğınlar törədir. 

Mənbə: APA

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com