Ca. İyn 26th, 2025

İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib.

Mediamax.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı rayonunun Basqal qəsəbəsində “Mercedes” və “Ford” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com