Ç. İyn 25th, 2025

İspaniya koronavirus qurbanlarının xatirəsini dövlət səviyyəsində yad edəcək

İspaniyanın Baş Naziri Pedro Sançez parlamentdə çıxışı zamanı, 16 iyun tarixində koronavirus qurbanlarının xatirəsini dövlət səviyyəsində yad olunacağını bildirib.

Kral sarayının qarşısındakı meydanda keçiriləcək anım tədbirində İspaniya Kralı VI Felipe, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Çarlz Mişel, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen, Avropa Parlamentinin Prezidenti David Sassoli, Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus iştirak edəcəklər.

Qeyd edək ki, İspaniyada koronavirusdan indiyədək 27 136 nəfər ölüb, 244 mindən artıq şəxs virusa yoluxub. İspaniya pandemiyadan ən çox zərər çəkən altıncı ölkədir. 

Mənbə: APA

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com