Ç. İyn 25th, 2025

İstirahətə gedənlər cərimələnib

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı sərtləşdirilmiş karantin rejimi elan edilən şəhər və rayonlardan qaydaları pozaraq, qeyri-qanuni yollarla istirahətə gələn şəxslər barəsində müvafiq tədbirlər görülüb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən avtonəqliyyat vasitələri saxlanılıb, yoxlanış zamanı bəzi sürücü və sərnişinlərin xüsusi karantin qaydalarını pozaraq, istirahət məqsədilə rayona gəldiyi aşkar edilib.

Qaydaları pozduqları üçün 4 nəfər barəsində protokol tərtib edilib və onların hər biri 200 manat məbləğində cərimələnib.

Mənbə: Qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com