Ç. İyn 25th, 2025

İsveçrədə keçiriləcək olan dünya çempionatı ləğv olunub

İsveçrədə keçirilməsi nəzərdə tutulan şose velosipedi üzrə dünya çempionatı ləğv olunub.

Buna koronavirus pandemiyasının yaratdığı hazırkı vəziyyət səbəb olub.

Daha əvvəl yarışın noyabrda Oman, Qətər və ya Birləşmiş Ərəb Əmirliklərində təşkil oluna biləcəyi barədə xəbərlər yayılsa da, təsdiqini tapmayıb.

Qeyd edək ki, 20 – 27 sentyabr tarixlərinə planlaşdırılan dünya çempionatında Azərbaycanın şose velosipedi üzrə yığmasının da iştirakı gözlənilirdi.

Mənbə: Report

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com