İtaliya A seriyasında növbəti matçlar baş tutub

Bu gün XXV turdan təxirə salınan son iki oyun keçirilib.
4-cü pillədəki yerini möhkəmlətməyə çalışan “Atalanta” ortabab “Sassuolo”nu sınağa çəlib. Meydan sahibləri aktivinə 3 xal yazdırmaqda çətinlik çəkməyib.
Çempionluq ümidini itirməyən “İnter” isə öz meydanında elitada qalmağı hədəfləyən “Sampdoriya”nı məğlub edib.
Qeyd edək ki, A seriyasında XXVII turun görüşləri 22-24 iyun tarixində oynanılacaq.
İtaliya A seriyası
XXV turdan təxirə salınan oyunlar
20 iyun
“Atalanta” – “Sassuolo” – 4:1
Cimsiti, 16; Zapata, 31, 66; Burabia, 37 (avtoqol) – Burabia, 90+2
“İnter” – “Sampdoriya” – 2:1
Lukaku, 10; Martines, 33 – Torsbi, 53
Mənbə: Apasport.az