İtalyan klubu İvan Rakitiçə elçi düşüb

Barcelona-nın xorvat yarımmüdafiəçisi İvan Rakitiçin daha bir real müştərisi var.
“Diario Sport” xəbər verir ki, Lazio rəsmiləri oyunçunun meneceri ilə danışıb. Paytaxt təmsilçisi İvana 3 illik müqavilə təklif edib.
Mənbə Barcelona-nın Rakitiç üçün Lazio-dan 20 milyon avro istədiyini vurğulayıb.
Atletico Madrid və Sevilla-nın da diqqət mərkəzində saxladığı Rakitiçin Barcelona ilə olan müqaviləsinin müddəti 2021-ci ilin yayına qədərdi.
Mənbə: Goal.com