İtkin düşmüş hesab olunan daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib

“Mediamax”ın məlumatına görə, söhbət Əhmədli Qardaşxan Elxan oğlundan gedir. Bir aydan çoxdur axtarılan Qardaşxan sonuncu dəfə ailəsi ilə 30 oktyabrda – Şuşa döyüşləri zamanı əlaqə saxlayıb.
Lənkəranın Osaküçə kəndində anadan olan şəhidimiz Bakıda dəfn edilib.
Qeyd edək ki, Əhmədli Qardaşxanın bu yaxınlarda övladı dünyaya gələcək.