Ç. İyn 25th, 2025

İyulun 29-30-da keçirilən imtahanların nəticələri açıqlanıb

11-ci sinif şagirdləri üçün 29-30 iyul 2020-ci il tarixlərində keçirilmiş buraxılış (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul) imtahanlarının nəticələri elan olunub.

Mediamax.az saytı xəbər verir ki, imtahanda iştirak edən 11-ci sinif şagirdləri https://bit.ly/2Q2ox8f – linkinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. 

İmtahan iştirakçıları iş nömrələrini https://bit.ly/2E6YjyX – bu link vasitəsilə öyrənə bilərlər.

Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və kolleclərə qəbul imtahanında iştirak edənlər isə imtahan nəticələri ilə https://bit.ly/3iPupxR bu link vasitəsilə tanış ola bilərlər.

Şagirdlər (abituriyentlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.


Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi respublikada keçirilən sosial izolyasiya tədbirlərinə uyğun olaraq onlayn şəkildə həyata keçirilib.

Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com