Ç. İyn 25th, 2025

Kəbədə ilk dəfə

Koronavirus səbəbilə ziyarətə bağlı olan Kəbə yenidən açılıb. Lakin bu dəfə gələn müsəlmanlar sosial məsafə qaydalarına riayət etməyə məcburdurlar.

Kəbəyə toxunmaq və yaxınlaşmaq qadağandır. Hər bir ziyarətçiyə maska, çətir, çanta və elektronik qolbaq verilib. Qolbaqlar sayəsində şəxslərin harada olduğu və səhhətləri nəzarətdə saxlanılır. Məkkəyə girməmişdən öncə hər kəsdən test nümunəsi götürülüb.

Keçən il 2.5 milyon insan Məkkəyə daxil olmuşdusa, indi bu say 10 minə düşüb. Xaricdən heç bir müsəlman qəbul edilməyib.

Mənbə: ren.tv

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com