Ca. İyn 26th, 2025

Kəmaləddin Heydərovun olduğu xidməti maşın qəza törətdi

Yol-nəqliyyat hadisəsi ötən gün Bakıda – Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində qeydə alınıb.

 “Mercedes” markalı, 90-AA-900 dövlət nömrə nişanlı avtomobillə “Maserati” markalı maşın toqquşub.

Yayılan videolardan “Mercedes”in sürücüsünün qırmızı işıqda keçdiyi üçün qəzanın baş verdiyi görünür.

Qeyd edək ki, qəza törədən avtomobil Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xidməti maşını imiş.

Hadisə zamanı nazir avtomobildə olub. Mühafizəçilər dərhal K.Heydərovu digər maşına əyləşdirərək, hadisə yerindən uzaqlaşdırıblar. 

Mənbə: Oxu.az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com