Ça. İyn 24th, 2025

Kanadada yaşayan həmyerlilərimiz orduya dəstək aksiyası keçirib

Kanadada yaşayan azərbaycanlılar, diaspor təşkilatları və diaspor fəalları  bu ölkənin Ontario əyalətinin paytaxtı Toronto şəhərində Azərbaycan ordusuna dəstək aksiyası keçiriblər.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Aksiya iştirakçıları Ermənistan Silahlı Qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin  Tovuz rayonu istiqamətində  törətdiyi təxribata etirazlarını bidiriblər.

Soydaşlarımız Ermənistanın təcavüzkar siyasətinin qarşısının alınması, işğal olunmuş torpaqlarımızın azad olunmasını tələb ediblər.

Kanada azərbaycanlıları müxtəlif dillərdə şüarlar səsləndirib, ölkə  ictimaiyyətinin diqqətini münaqişənin acı nəticələri barədə məlumatlandırmağa çalışıblar.

Qeyd olunub ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi bütövlüyü pozulub, hərbçilər şəhid olub, günahsız insanlar, uşaqlar, mülki əhali qətlə yetirilib.

Mənbə: Qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com