Karantin müddətində toyların keçirilməsi təklifi irəli sürülüb

Karantin müddətində toyların keçirilməsi təklifi irəli sürülüb
Bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib.O, qeyd edib ki, karantin rejimi dövründə toylar iki saat müddətində keçirilməlidir.
“İnsanlar xərc çəkiblər, toy gözləyirlər. Toylar iki saat müddətində, 50 nəfər iştirak etməklə və sosial məsafə gözlənilməklə keçirilə bilər”, – deyə F.Mustafa bildirib.