Karantin rejimin yumşaldılması koronavirusun yayılmasına təkan verir

Yumşaldıcı tədbirlərdən sonra yoluxma sayı daha da artıb.
TƏBİB-in yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib ki, mövcud vəziyyət sadəcə Gəncədə deyil, digər rayonlarda da gərginləşir:
“Artıq yoluxma az olan yerlərdə də virus sürətlə yayılmağa başlayıb.
Gəncədəki həkimin “bizə kömək edin” deyə müraciəti TƏBİB-ə yox, xalqa ünvanlanmışdı. Çünki xalq artıq virusa inanmamağı buraxıb, qaydalara əməl etməli, bununla da həkimlərə kömək etməli, onların yükünü azaltmalıdırlar.
Bir neçə hal olub ki, koronavirusa yoluxmuş şəxs bunu ailəsindən gizlədib, evdə özünü müalicə etməyə cəhd edib. Belə hallar xəstəliyin ağırlaşmasına, hətta virusa yoluxan şəxsin ölümünə səbəb olur. Buna görə də insanlar koronavirus simptomları hiss edən kimi mütləq təcili tibbi yardım xidmətinə müraciət etməlidirlər”.
Mənbə: Qafqazinfo
Fidan İsrafilzadə