Ca. İyn 26th, 2025

Karantində baxdığım filmlər

Karantin dövründə  kişi kimi 1 ay “rovnu” yatdım, aprelin 3-4-dən sonra isə facebookda hər kəsin “ona baxdım”, “bunu oxudum” tipli paylaşımlarına qıcıq olub öz üzərimdə işləyəcəyimə söz verdim. Və başladım qonşunun balalarından geridə qalmamaq üçün kitablar oxumağa  və filmlər izləməyə. İndi sizə izlədiyim maraqlı sənədli və tarixi hadisələr əsasında çəkilmiş izlədiyim filmlər haqqında öz qənaətlərimi və məsləhətlərimi bölüşəcəm. Kitabları da bitirəndən sonra onları bölüşəcəm.

TRT Belgesel:

Youtubda abunə olmağınız məsləhətli kanaldı, mən tarix xəstəsi olduğuma görə ancaq tarixi sənədli filmlərə baxmaqdan ləzzət alıram. Cəsarətimi qıran insanlar, sözlər və fikirlər olanda özümü hansısa dəli sərkərdənin tarixdə iz qoyan işləri haqqında oxuyub və izləməklə itmiş enerjimi bərpa edirəm. Bu kanalda “Savaşın Efsaneleri” play listinə baxdım, çox da mükəmməl olmasa da uzun və sıxıcı tarix kitablarından daha çox öyrədir. Və böyük sərkərdələrin ortaq bir cəhəti var onlar vaz keçmir və hər kəs kimi düşünmür və qorxmurlar. İnsan zəif əhatəsi ətrafında mütləq zəif qalacaq, çünkü bizim tutuna biləcək bizi irəliyə səsləyəcək qəhrəmanlara ehtiyacımız var.

Narcos:

Artıq azərbaycanlıların karantində hər gün öyə-öyə tərifləyib bitirə bilmədiyi netflix hesabı açdı dostum mənim üçün də. Əvvəlcədən deyim ki insan olaraq nəyə marağınız varsa onu da izləyin. Dost tanışın öz kafasına görə təriflədiyi şeylərə baxmayın. Narkotik ticarəti və əlbəttə Pablo Escobar Gaviria haqqında çox gözəl çəkilmiş serialdır Nacros. Həm o dövrün insanlarını və zəkalarını qiymətləndirmək eləcə də insanların yaşamlarına mənfi və müsbət təsirlər haqqında fikir sahibi olursunuz. Və dalana dirəndikcə Escobarın vəhşiləşməsi və içindəki vəhşi insanın oyanması da başqa bir həqiqətdir. Əlbəttdə film ABŞ istehsalıdır deyə az-maz amerikan yalanları da qaçınılmazdır. Amma dövrün ən məşhur adamının da əslində hirs və ambisyalardan başqa qeyri-adi bilik və bacarıqlara sahib ola bilməməsi də mənim üçün başqa təəssüf hissidir. İnsanlıq adına böyük fəlakətlərə səbəb olsa da milyardları istədiyi kimi xərcləyə bilmədən yarı qəhrəman yarı cinayətkar kimi adi silahlı basqında ölürsən.  Nəsə uzun temadı.

Catch me, if you can:

Düz 2013-də bütün məşhur,  təriflənən, oskar alan filmlərin siyahısını yazıb onlara bir-bir baxmışdım ki “yəni nədi də bu təriflədiyiniz”, baxdım və  sadəcə 30%-ni bəyənmişdim. Bu filmə isə hər dəfə nəsə bir səbəbədən baxa bilməmişdim. Qeyri-adı olmasa da yaşanan bir hadisə əsasənda çəkildiyinə görə çox xoşuma gəldi və xeyli məni güldürdü. Məncə mütləq baxılmalı filmdir.

La Case de Papel:

Sezonları çoxaldıqca zibili çıxan serial oldu, gözləntilərim ilk  2 sezonda olduğu kimi zirvədə dayanmadı, Berlin öləndən sonra söhbəti orda saxlamalıydılar. 3-4 günlük hadisəni bir sezon 8 seriyaya sığışdırmamaq sadəcə gəlir üçün çəkilən film imici yaradır gözümdə.

Rise of Empires OTTOMAN:

Film İstanbulu fəth edən Fatih Sultahn Mehmet Xan haqqındadır,  1 sezon 6 seriadan ibarətdir.  Xəyalları olan bir Sultanın və eləcə də çox savadlı olan birinin öz xəyalları üçün döyüşməsi hər dövrdə “bacarmazsan” qınağı ilə qarşılanıb. Ondan əvvəl 26 dəfə İstanbulu mühasirəyə alıb, amma fəth edə bilməyən atalarının bacarıqsızlığını ona yükləmək istəyən insanlar həmişə ona mane olmağa çalışır. Bu serial yarı sənədli yari bədii serialdı və hesab edirəm ki incəliklə dövrün sultanını tərifləmədən hirsini və istəklərini açıq-aşkar göstərə biliblər. Və yalnız bir şey haqqında illərdir düşünən və onu əldə etmək istəyən adamlar sonda tarix yazıb İstanbul kimi şəhəri  fəth edə bilərlər.

Greatest events of WW2 In Colour:

İnsan vəhşilikləri və mübarizəsini müharibə dövründə və ondan sonrakı dönəmlərdə çəkilmiş videoları ilə və qrafik göstəricilərlə II Dünya müharibəsinin ən əhməiyyətli döyüşlərini çox gözəl izah edir.  İldırım Sürətli müharibə və onun necə sonlanması, Pearl Harbor bombalanması, Stalinqrad mühasirəsinin səhvləri,  Buchenvald əsir kampı (ona güclə baxdım)  və  Heroşima və Naqasaki bombalamaları ən yadda qalanları oldu mənim üçün. Almanların müharibədə etdiyi səhvlər özünə güvən və səhv cəsus məlumatlarından qaynaqlanırdı demək olar ki və eləcə də Amerikada Sənayenin İngiltərədə də elmin üstün səviyyədə olması onları Almanlar və Yaponlar üzərində qalib edir. Və İkinci dünya müharibəsindən sonra  baş verən elmi-texniki tərəqqi də məhz II Dünya müharibəsinin özünüə borcludur. Yuxularıma girəcək qədər təsir edici oldu mənim üçün.

History 101 – Əyləncəli tarix dərsləri:

1 sezon 10 seriadan ibarət olan bu sənədli film görüş bucağımızı və düşüncəmizi az-maz informasiya ilə genişləndirə və dəyişə bilər. Digər sənədli filmlərdən fərqi uzun və yorucu olmaması və diaqramlarla tez və asan anlaşılan fərqlərin göstərilməsidir.  Burada həqiqətən hazırda düşündüyümüz daha ciddi mövzulara toxunulub, fast food, Kosmik yarış, Çinin yüksəliş səbəbləri, Dünyanı işğal edən plastiklər, yaxın şərqin başı bəlalı Nefti, Dünyanı  ələ keçirəcək robatlar , feminizim ( Sırf bu sənədli filmdən sonra ağıllı başlı femenlərə daha çox hörmət edəcəm və dəstək olacam ) nüvə enerjisi, AİDS virusu və genetika DNT haqqında çox maraqlı xronoloji olaraq inkişaf mərhələsi və günümüzdəki vəziyyəti haqqında çox faydalı məlumatlar verir.

Belə xırda para çox video bloq və sənədli filmlərə baxdım amma bunlar sistemli baxdığım və ən təsirli olanları idi. İstədim özümdə olan qarşıdakına fayda ver prinsipini işə salım və marağında olan şəxlərə öz dilimdən tövsiyyələrimi verim. Həyat nəyə gəldi baxmaq və nəyi gəldi oxumaq üçün çox qısadır.  Yenə də sizə maraqlı olmasa öz sevdiyiniz şeyləri izləyin. Amma  tarixi bilmək və bir şeylərin yaranma tarixini bilmək sizə güc qatacaq.

Eşqlə qalın…

30  may 2020 00:40

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com