Ç. İyn 25th, 2025

“Sosial baxımdan əhalinin həssas qrupuna aid ailə üzvü olan tələbələrin təhsil haqqından azad olunması” üçün yeni sistem istifadəyə verildi

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərin ödənilməsi sistemi http://e-telebe.edu.az istifadəyə verilib.

Təhsil Nazirliyindən verilən məlumata görə, sözügedən qrupa daxil olan tələbələr elektron sistemdə qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, təhsil, ailə üzvləri haqda və digər zəruri məlumatları əlavə etməlidirlər.

Qeyd edək ki, həmin qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb.Qaydalara əsasən, bütövlükdə həssas qrupdan olan tələbələr üçün tam olaraq illik təhsil haqqı xərci dövlət tərəfindən ödəniləcək. Tələbənin təhsil haqqı xərcinin 50 faizi 2019-2020-ci ilin yaz semestri üzrə, 50 faizi isə 2020-2021-ci tədris ilinin payız semestri üzrə elektron qaydada ödəniləcək.

Təhsil Nazirliyi

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com