Ca. İyn 26th, 2025

KOB-ların sahibkarlıq biliklərinin təkmilləşdirilməsi üzrə distant təlimlər davam edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin tərəfdaşlığı ilə “Regional İnkişafın Dəstəklənməsi” ictimai birliyinin icra etdiyi “Regionda KOB-ların iqtisadi biliklərinin artırılması və təkmilləşdirilməsi” layihəsi üzrə distant təlimlər keçirilir.Layihənin həyata keçirilməsində məqsəd Masallı rayonunda fəaliyyət göstərən KOB-lar arasında iqtisadi biliklərin artırılmasına və sahibkarlıq fəaliyyəti üçün həvəsləndirilməsinə nail olmaqdır.Layihə çərçivəsində Masallı rayonunda yaşayan və fəaliyyət göstərən 20 sahibkar üçün Pondemiya şəraitini nəzərə alaraq noyabr ayında 5 distant təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bu distant təlimlərin 2-si artıq keçirilmişdir. Ay ərzində növbəti 3 distant təlimkeçiriləcəkdir.Distant təlimlərdə layihə rəhbəri Ələsgər Hüseynov tərəfindən layihə və onun məqsədləri, layihənin maliyyə mənbəyi və sahibkarlıq ilə bağlı məlumatları diqqətə çatdırıb. Layihənin biznes sertifikatlı təlimçisi Rafət Şirəliyev tərəfindən sahibkarlara biznesin təkmilləşdirilməsi, biznes planın yenidən qurulması, bazar araşdırması, marketinq təhlili, risklərin idarə edilməsi, investora müraciət, maliyyə savadlığı və s. bu mövzularda distant təlim keçirilir.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com