Ca. İyn 26th, 2025

Korona bitməmiş Ebola gəldi

UNICEF 5 nəfərin Kongoda yeni tipli Ebola virusundan vəfat etdiyini bildirdi.

Aralarında 15 yaşlı qızın da olduğu 9 yoluxma qeydə alınıb. Vəfat edənlərin ailələri izolyasiya şəraitində saxlanılır.

Ölümlər 18-30 May tarixlərində baş versə də, ölüm səbəbinin Ebola olduğu yeni ortaya çıxarıldı.

Eyni zamanda Dünya Səhiyyə Təşkilatı Kongoda 2018-ci ildə 3 minə yaxın yoluxma və 2 mindən çox ölümün baş verdiyini və onunla mübarizənin hələ də davam etdiyini qeyd edib.

Yeni tipli Ebola virusu insanın bədən temperaturu ilə fərqlənir. Yoluxmaların artması gözlənilir.

Mənbə: CNN

Şahanə Əhmədzadə

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com