Koronavirus haqqında bildiklərimizi alt-üst edən ARAŞDIRMA: Virus 3 ay sonra yoxa çıxırmı?

ABŞ-da aparılan araşdırmada simptomları olmayan yeni tip koronavirus xəstələrinin bədənləri tərəfindən istehsal edilən antikorların 3 ay ərzində yox olduğu ortaya çıxıb.
Tədqiqatın 37 nəfər üzərində aparıldığını deyən mütəxəssislər antikorların “immunitet zəmanəti” hesab edilmədiyini və COVID-19-dan sağalanların yenidən yoluxma şansının olduğunu müəyyən ediblər.
“Nature Medicine” jurnalında yayımlanan araşdırma hesabatında koronavirus simptomları olan insanların 13 faizində antikor miqdarının gözlənilməz səviyyəyə endiyi də qeyd edilib.
Mənbə:xezerxeber.az