Ç. İyn 25th, 2025

Koronavirusa görə qayıtmadı – Müqaviləsi ləğv edildi


Paraqvay “Olimpiya”sı hücumçusu Emmanuel Adebayorla yolları ayırıb.

Bu haqda klubun saytı məlumat yayıb. Müqavilə qarşılıqlı razılaşma ilə ləğv edilib. 36 yaşlı futbolçu haqda bu qərarın verilməsinə səbəb onun koronavirus pandemiyasından ehtiyatlandığı üçün Paraqvaya, komandasının düşərgəsinə qayıtmaqdan imtinası etməsi səbəb olub.

Qeyd edək ki, karyerası ərzində “Arsenal”, “Mançester Siti”, “Real”, “Tottenhem” kimi klublarda da oynamış toqulu futbolçu “Olimpiya”ya bu ilin fevralında transfer olunmuşdu.

Mənbə: qol.az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com