Koronavirusa qarşı peyvəndin ilkin sınaqları uğurla başa çatıb

ABŞ-da koronavirusa qarşı peyvəndin sınaq testlərinin ilkin mərhələsi başa çatıb.
“MediaMax”, “ted.az”-a istinadən bildirir ki, bu barədə məlumat “New England Journal of Medicine” jurnalında dərc edilib.
Məlumatda qeyd olunur ki, “Moderna” şirkətinin hazırladığı vaksinin sınağında 8-55 yaş arasında 45 nəfər iştirak edib. Onlara mRNA-1273 vaksini 28 gün fərqlə 25, 100 və 250 mikroqram dozasında verilib.
Könüllülərin hamısında immunitetin yüksəlməsi müşahidə olunub. Nəticədə bütün iştirakçılarda virusa qarşı anticisimlər yaranıb.
Mənbə: Ted.az