Koronavirusa qarşı peyvəndləmə tarixi açıqlanıb

Rusiyada koronavirusa qarşı peyvəndləmə 9-12 aya mümkün olacaq.
TASS xəbər verir ki, bunu Milli Araşdırma Mərkəzinin rəhbəri Aleksandr Qinçburq deyib.
Onun sözlərinə görə, dərmanların ilk tədarükü ölkənin 10-15 bölgəsində həyata keçiriləcək. Lakin bu bölgələrin adları çəkilməyib.
O, əlavə edib ki, ilin sonuna qədər bəlkə də, bir yarımdan iki milyona qədər peyvənd hazırlanacaq.
Mənbə: Oxu Az