Koronavirusa yoluxan Rövşən Tağiyev sağalıb

Birləşmiş Ukrayna (BUAK) Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev koronavirusdan sağalıb.
Məlumatı R.Tağıyevin müavini Xəyyam Həqiqət oğlu təsdiqləyib.
Qeyd edək ki, R. Tağıyevin aprelin 8-də koronavirusa yoluxması ilə bağlı məlumat yayılmışdı. Onun xəstəxanada verdiyi koronavirus testinin nəticəsi pozitiv çıxmışdı.
©APA