Ç. İyn 25th, 2025

Koronavirusdan ölənlərin sayı 460 mini keçib

Dünyada COVID-19-a yoluxma nəticəsində ölüm hallarının ümumi sayı 460 691 pasiyent təşkil edir.

Qeyd edək ki, dünyada pandemiya ərzində 8 702 585 insan koronavirus analizlərinin müsbət nəticəsini alıb.

Bu halda 4 592 225 insan xəstəlikdən sağalıb.

Hazırda virusa yoluxmuş 54 726 pasiyentin vəziyyəti isə ağırdır.

ABŞ dünyada koronavirusa ən çox yoluxma və virusdan ölüm hallarının sayı üzrə birinci yerdədir.

Birləşmiş Ştatlarda COVID-19-a 2 288 941 nəfər yoluxub, 121 289 nəfər isə pandemiyanın qurbanı olub.

Siyahıda ikinci yerdə Braziliya qərarlaşıb. Bu ölkədə 1 009 699 nəfərə koronavirusa yoluxma diaqnozu qoyulub. Müalicə alan 48 427 pasiyent vəfat edib.

Belə ki, şimal qonşumuz olan Rusiyada da virusa yoluxma halı yüksəkdir. Bu ölkədə 596 063 nəfər COVID-19 daşıyıcısı kimi qeydə alınıb.

Siyahıda dördüncü yerdə 395 812 yoluxma ilə Hindistan, beşinci yerdə 301 815 virus daşıyıcısı ilə Böyük Britaniya qərarlaşıb.

Mənbə: Medicina Az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com