Koronavirusla bağlı olaraq vətəndaşlar hara müraciət etməli?

Səhiyyə Nazirliyi tərəfindən təqdim olunan tövsiyələrə uyğun olaraq, vətəndaşlar COVİD-19-la bağlı yaşadıqları ünvana uyğun olaraq, müvafiq poliklinikara müraciət etməlidir.
Poliklinikanın mütəxəssisləri tərəfindən vətəndaşın vəziyyəti ilkin olaraq qiymətləndiriləcək.
Tibb işçisinin qərarı əsasında yoluxma riski olan və ya koronavirus xəstəliyi ehtimalı olan şəxsin tibbi briqada evinə səfər edəcək və testlər üçün nümunələr məhz orada götürüləcək.