Ç. İyn 25th, 2025

Kral xəstəxanaya yerləşdirilib

Kral xəstəxanaya yerləşdirilib

Səudiyyə Ərəbistanı Kralı  Salman ben Adbel Əziz əl-Səud xəstəxanaya yerləşdirilib.

Səudiyyə mətbuatı xəbər verir ki, Salman ben Adbel Əziz əl-Səud xəstəxanaya yerləşdirilərək lazımi müayinələr edildikdən sonra öd kisəsində iltihab diaqnozu qoyulub.

Yaranmış vəziyyət səbəbiylə, İraqın Baş naziri Mustafa əl-Kazıminin Səudiyyə Ərəbistanına səfəri təxirə salınıb.

Qeyd edək ki, daha əvvəl yayılan şayiələrdə kral Salmanın koronavirus səbəbiylə xəstəxanaya yerləşdirildiyi iddia edilirdi.

Mənbə: Qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com