Kral xəstəxanaya yerləşdirilib

Kral xəstəxanaya yerləşdirilib
Səudiyyə Ərəbistanı Kralı Salman ben Adbel Əziz əl-Səud xəstəxanaya yerləşdirilib.
Səudiyyə mətbuatı xəbər verir ki, Salman ben Adbel Əziz əl-Səud xəstəxanaya yerləşdirilərək lazımi müayinələr edildikdən sonra öd kisəsində iltihab diaqnozu qoyulub.
Yaranmış vəziyyət səbəbiylə, İraqın Baş naziri Mustafa əl-Kazıminin Səudiyyə Ərəbistanına səfəri təxirə salınıb.
Qeyd edək ki, daha əvvəl yayılan şayiələrdə kral Salmanın koronavirus səbəbiylə xəstəxanaya yerləşdirildiyi iddia edilirdi.
Mənbə: Qafqazinfo