Küçədə meyit tapılıb

Şirvanda küçədə kişi meyti tapılıb.
Meyit şəhərin Şirvanın H.Əliyev prospektində aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.
İlkin müayinə zamanı tapılan meyitin şəhər sakini – 1970-ci il təvəllüdlü Nəzərov Nofər Aydın oğluna aid olduğu müəyyən edilib.
Ehtimala görə, N.Nəzərov ürəktutmadan ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Mənbə: Qafqazinfo