Ç. İyn 25th, 2025

Kür çayı bu gün 3 can alıb

Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində 3 nəfər batıb.

Bu barədə məlumat nazirliyin “112” qaynar telefon xəttinə daxil olub.

Məlumata əsasən, 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlu, 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlu və 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızının batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Mənbə: BakuPost

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com