Ç. İyn 25th, 2025

Kür çayında iki nəfər boğuldu

Kür çayının Tovuz rayonundan keçən hissəsində boğulma hadisəsi baş verib.

Çayın rayonun Hümanlılar kənd ərazisindən keçən hissəsində 2 nəfərin suda boğulduğu bildirilir.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Hadisənin təfərrüatları araşdırılır.

Mənbə: Bakupost

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com