Kür çayında itkin düşmüş gəncin cəsədi tapıldı

Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində 24 yaşlı gənc batıb.
Cəlili kənd sakini, 1996-cı il təvəllüdlü Qasımov Ümid Elçin oğlunun cəsədi tapılıb və ailəsinə təhvil verilib.
Qeyd edək ki, hadisə saat 15 radələrində baş verib.
Mənbə: Qafqazinfo