Kürdəmirdə dəhşətli yol qəzası baş verib

Kürdəmirdə baş verən qəzada ölənlərin və xəsarət alanların kimliyi məlum olub.APA-nın yerli bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində 2 yaşlı Sabir Ceyhun oğlu Piriyev, 54 yaşlı Mehparə Kərim qızı Kərimova, 46 yaşlı Aygün Kərim qızı Kərimova, 12 yaşlı Qorxmaz Abbas oğlu Kərimov və Aylin Natiq qızı Həsənova dünyasını dəyişiblər.”Nissan” markalı avtomobilin sürücü Ceyhun Piriyev və sərnişinləri – 34 yaşlı Şəfa Vaqif qızı Piriyeva, Reyhan Kərim qızı Kərimova, Arzu İsrayıl qızı Hətəmov və “Mercedes” markalı avtomobilin sürücüsü Abbas Kərimov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
@apa_az