Ca. İyn 26th, 2025

Kürdəmirdə ilanlar kənd sakinlərinin kabusuna çevrildi

Rayonun Mürtülü kəndində günün işıqlı vaxtlarında çoxlu sayda ilan 10-a yaxın ailənin həyətlərində və evlərində peyda olaraq onlarda ciddi şəkildə narahatlıq yaradıb.

Kənd camaatının sözlərinə görə, bu vəziyyət artıq neçə ildir ki, davam edir və əsasən yaz-yay aylarında ilanlar kütləvi şəkildə evlərə hücum edir.

Bu evlərdə xeyli sayda azyaşlı uşaq yaşayır.

Sakinlər mövcud vəziyyətlə bağlı əlaqədar təşkilatlara dəfələrlə məlumat versələr də bu günə qədər bununla bağlı heç bir tədbir görülməyib. İlanlar gün ərzində bəzi evlərin tavan hissəsindən, bəzi evlərin isə zirzəmi hissəsindən evlərə daxil olmağa çalışırlar.

Kənd sakini, 4 uşaq atası Mehman Cəbrayılov deyir ki, bir otaq və bir balkonu olan evdə 8 nəfər ailə üzvü ilə birlikdə yaşayır və işsizdir: “Hər gün həyətdə və evdə 5-6 ilan tutub öldürsək də, onların sayı azalmır. Gün ərzində müxtəlif növ ilanlar evə hücum çəkir. Biz isə yalnız uşaqları qorumağa çalışırıq və artıq yorulmuşuq”.

Kəndin sakini Rövşən Rəsulov isə deyir ki, həmin ilanlardan biri anası Elmira Rəsulovanı sancıb: “Bundan sonra anam Bakıya köçüb orda kirayə yaşamağa başladı”.

Hazırda kənddə 10-a yaxın evin sakinləri əlaqədar təşkilatlardan kömək gözləyirlər.

Mənbə: Qaynarinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com