Ç. İyn 25th, 2025

Lənkəranlı gənclər tərəfindən “8 Yaş” turniri keçirilib

Mediamax.az xəbər verir ki, “Lənkəran Klub”un artıq 8 yaşı tamam olub və bu münasibətlə ilk dəfə olaraq onlayn formada fərdi “Xəmsə” üzrə “8 Yaş” turniri baş tutub.

Lənkəran Gənclərin İnkişaf və Karyera Mərkəzi, Lənkəran Klubun birgə təşkilatçılığı və Mediamax.az-ın informasiya dəstəyi ilə WhatsApp üzərindən onlayn fərdi “Xəmsə” turnirinin qalibləri:
I yer – Rüfət Əlizadə
II yer – Murad İskəndərov
III yer – Anar Kərimxanov

Qalibləri təbrik edirik. Eyni zamanda qalib şəxslərə tərəfimizdən diplom və kitab hədiyyəsi göndəriləcək.

Oyunun baş tutmasında əməyi olan sual müəllifləri eləcə də modertorluq etmiş şəxslər: Ramal Ağazadə, Nəsirağa Bəşirov, Bəhram Tağıyev, Əli Fərzullaya öz xüsusi təşəkkürümüzü bildiririk.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com