Ç. İyn 25th, 2025

Lənkəran gəncləri Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.

MEDIAMAX xəbər verir ki, 27 Sentyabr – Anım Günündə Lənkəran Şəhər Heydər Əliyev Mərkəzinin və GİKM-in Lənkəran nümayəndəliyinin əməkdaşları və könüllüləri qazilərlə birlikdə Şəhidlər Xiyabanını ziyarət edib, gül dəstələri qoyaraq şəhidlərimizə öz ehtiramlarını bildiriblər.

Həmçinin Anım Günündə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbə uğrunda şəhidlik zirvəsinə ucalmış igidlərimizi anmaq məqsədilə tədbir keçirilib. 

Anım tədbiri torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Lənkəran Regional Mədəniyyət İdarəsi, Lənkəran Şəhər Gənclər və İdman İdarəsi, Lənkəran Heydər Əliyev Mərkəzi və GİKM-in Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbir çıxışlardan və ədəbi-bədii kompozisiyalardan sonra Mərkəzin foyesindəki sərgiyə baxışla yekunlaşıb. 

#AzGF #GİKM #LənkəranGİKM #LənkəranGəncləri #QarabağAzərbaycandır #KarabakhisAzerbaijan #AnımGünü #ŞəhidlərÖlməz

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com