Ç. İyn 25th, 2025

Lənkəran gənclərindən Beynəlxalq Sahibsiz Heyvanlar Günündə təqdirəlayiq aksiya.

Mediamax xəbər verir ki, Lənkəranda yaşayan gənclər Beynəlxalq Sahibsiz Heyvanlar Günü ilə əlaqədar isti hava şəraitindən əziyyət çəkən sahibsiz heyvanlara qayğı göstəriblər. Heyvanlar üçün hazırladıqları qablarda şəhərin müxtəlif ərazilərində qida və su yerləşdirən gənclər əlamətdar günə diqqət çəkiblər.

Aksiya Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Lənkəran Gənclər Evinin birgə əməkdaşlığı ilə keçirilib.

Qeyd edək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara nümayəndəliyi bu ilin 3 avqust tarixindən etibarən regional mərkəz seçilərək fəaliyyətini davam etdirir. Regional nümayəndəliyə Lənkəran, Masallı, Lerik, Yardımlı, Astara və Cəlilabad bölmələri daxildir.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com